“Xalqlar mədəniyyəti”

 

   İyunun 8-də Almaniyanın Noyss şəhərində “Xalqlar mədəniyyəti” adı altında yaz festivalı keçirilib. Festivalda Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyi də fəal iştirak edib.

   Ölkəmizin Berlindəki səfirliyinin və Almaniya Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə keçirilən festivalda şəhər şurasının nümayəndələri, yerli və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

   Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyinin rəhbəri Elnur Rixter Azərbaycan çadırı altında qonaqlara ölkəmiz haqqında, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə ətraflı məlumat verib. Tədbirdə iştirak edən qonaqlara respublikamız haqqında kitablar, CD-lər və milli mətbəximizin şirniyyatları təqdim olunub.

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 14.